Fev 21, 2018 17:34 Asia/Baku
  • İran və İspaniya xarici işlər nazirləri ikitərəfli əlaqələrin inkişafına təkid ediblər

İran İslam Respublikası və İspaniya xarici işlər nazirləri turizm, ekologiya, enerji, texnologiya, tranzit və elmi sahələrdə əməkdaşlıqların genişləndirilməsinə təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Tehranda İspaniyanın xarici işlər naziri Alfonso Dastis ilə görüşdə iki ölkə əlaqələrinin uzun keçmişə malik olduğunu deyərək, əməkdaşlıqların genişləndirilməsini bir zərurət adlandırıb. 

Alfonso Dastis də bu görüşdə İrana olan səfərindən razılıq edib və İrana ilk dəfə səfər etdiyini deyib. 

Dasits nüvə anlaşmasının icrasına təkid edərək, deyib: İspaniya Avropa Birliyinin üzvü olaraq nüvə anlaşmasına sadiqdir. 

İran və İspaniya xarici işlər nazirləri həmçinin bu görüşdə siyasi məsləhətləşmələrin artırılması üzrə bir memorandum izmalayıblar. 

İspaniyanın xarici işlər naziri çərşənbə axşamı İran İslam Respublikası rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Tehrana səfər edib. 

Teqlər