Fev 28, 2018 14:54 Asia/Baku
  • Ruhani: İran öz müdafiə qüdrəti barədə müzakirə etməyəcək

İran İslam Respublikası prezidenti deyib: İran öz müdafiə təchizatları və raket istehsalı ilə bağlı heç bir tərəfdən icazə almayacaq və heç kim ilə də müzakirə aparmayacaq.

Həsən Ruhani çərşənbə günü İranın cənubunda, Bəndər Abbas şəhəri sakinləri qarşısında etdiyi çıxışı zamanı Tehranın regionun təhlükəsizliyinin təmin edilməsində dost və qonşu ölkələr ilə əməkdaşlığı müsbət qarşıladığını deyərək, Yaxın Şərqin təhlükəsizliyinin əcnəbilərə ehtiyaclı olmadığını vurğulayıb.

İran İslam Respublikası prezidenti həmçinin, BMT-nin Təhlükəsizlik Şurasındakı mövqeyinə görə Rusiyaya təşəkkür edərək, Amerika və Britaniyanın rəftarlarını qınayıb və deyib: Bazar ertəsi günü axşam Amerika Təhlükəsizlik Şurasında Yəmən mövzusunda İranın məhkum edilməsini istədi. Amma, yenə də uğursuzluğa düçar oldu.

Ruhani daha sonra dünya ictimaiyyəti və beynəlxalq dairələrə xitabən deyib: Əgər Yəmən xalqının durumuna görə narahatsınızsa, Ərəbistana öldürücü silahlar verməyin və Yəmənə humanitar yardımların çatdırılmasına icazə verməsi üçün Ali-Səuda təzyiq göstərini.

Teqlər