Laricani: Trampın sionist rejimlə həmrəyliyinin sərhədi yoxdur
https://azeri.sahartv.ir/news/İran-i297755-laricani_trampın_sionist_rejimlə_həmrəyliyinin_sərhədi_yoxdur
İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ prezidenti Donald Trampın sionist rejimlə həmrəyliyinin sərhədi yoxdur və ABŞ-ın mənafeyini bu rejimə qurban verməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2018 13:18 Asia/Baku
  • Laricani: Trampın sionist rejimlə həmrəyliyinin sərhədi yoxdur
    Laricani: Trampın sionist rejimlə həmrəyliyinin sərhədi yoxdur

İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ prezidenti Donald Trampın sionist rejimlə həmrəyliyinin sərhədi yoxdur və ABŞ-ın mənafeyini bu rejimə qurban verməyə hazırdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə axşamı günü jurnalistlərə verdiyi müsahibədə Trampın ABŞ səfirliyinin Qüdsə nəql olunması üçün Təl-Əvivə səfəri haqda deyib: Amerikalılar öz müqəddəratı və sionist rejimin müqəddəratı arasında önəmli həmrəyliyə inanırlar, bu məsələyə israr edirlər. Təəssüflər olsun ki, bəzi region ölkələri də bu sahədə aldanmışlar və onlarla birlikdə hərəkət edirlər. 

ABŞ və sionist rejimin qərarlarının yetişkən olmayan vəziyyətə malik olduğunu bəyan edən Laricani bildirib: Qüds-Şərif üçün verilən qərarı heç bir islam ölkəsi qəbul etməyib. Bu qərarı təhqir ediblər və ABŞ və sionist rejimin bu planı asanlıqla irəlilədə biləcəyi məlum deyil. 

İran İslam Şurası Məclisinin sədri Fələstin xalqının bir gün sionistlərin şərrindən azad olacağına ümid edib.