Ruhinqa müsəlmanlarına qarşı faciələrin tətbiq edilməsinin qarşısının alınması vurğulanıb
İran-Tailand parlament dostluğu qrupunun üzvləri Myanmada Ruhinqa müsəlmanlarına qarşı faciələrin tətbiq edilməsi və qırğının törədilməsinin qarşısının alınmasını istəyiblər.
Myanmanın qərbində yerləşən Raxin əyalətində ekstremist buddistlər və ordu qüvvələri tərəfindən 2017-ci ilin 25 avqustundan başlanmış Ruhinqa müsəlmanlarına qarşı geniş cinayətlər indiyədək altı mindən çox insanın həyatına son qoymaqla bərabər, səkkiz min nəfərin yaralanması və minlərlə nəfərin didərgin düşməsilə nəticələnibdir.
İran-Tailand parlament dostluğu qrupunun üzvləri Qolamreza Kateb və Mehrdad Bauc Lahuti Banqkokda Tailand milli qanunvericilik assambleyasının sədri Pornpetc Viçitçolçay ilə görüşdə İran parlamentində müxtəlif dinlərin nümayəndələrinin iştirak etmələrinə, həmçinin İranda müxtəlif dinin davamçılarının dinc yanaşı yaşamalarına işarə edərək, ümidvarlıq ediblər, bu münasibət Asiyanın cənub-şərqinin hər bir yerində diqqət mərkəzində saxlanacaq ki, Ruhinqa müsəlmanlarının qırğını kimi faciələrin qarşısı alınmış olsun.
İran-Tailand parlament dostluğu qrupunun üzvləri iki ölkənin uzaq keçmişə malik əlaqələrinə toxunaraq, iki ölkə parlamentlərinin ikitərəfli əlaqələrin genişlənməsindəki rolunu vurğulayıblar.