Mart 16, 2018 18:15 Asia/Baku
  • İranın Küveytdəki səfiri
    İranın Küveytdəki səfiri

İranın Küveytdəki səfiri bildirib ki, hökmranlıq yolu ilə maraqların təmini artıq köhnəlibdir. O, bəzi region ölkələri tərəfindən İranın ekspansianizmi iddiasının irəli sürülməsini öz təsirini itirmiş əbəs təbliğatlar adlandırıb.

Ərəbistan vəliəhdi Muhəmməd bin Salman dünən Amerikanın CBS telekanalı ilə müsahibədə öz şantajlarının davamında daim öz qonşuları ilə səmimi əlaqələrin və region problemlərinin həllinin ardınca olan İran İslam Respublikasını təhlükəli adlandırıbdır. 

İranın Küveytdəki səfiri Əlireza Enayəti bəzi ölkələrin İranın regiona hökmranlığı iddiasını sübut etmək üzrə səylərinə işarə edərək, deyib: Bəzi əcnəbilər özlərinin siyasi və təhlükəsizlik hədəflərinin reallaşması üçün İranofobiya prinsipini yaymağa, eləcə də İran ilə qonşuları arasında xəyali düşmən, nifrət, ixtilaf, təfriqə və ayrılıq salmağa çalışırlar.

Teqlər