Əmir Əbdollahiyan səud vəliəhdinin anti-İran mövqeyinə cavab verib
-
Əmir Əbdollahiyan səud vəliəhdinin anti-İran mövqeyinə cavab verib
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi, səud vəliəhdi Muhəmməd bin Salmanın İrana qarşı sözlərinin Ali-Salmanın Ərəbistanda həyata keçirdiyi çevriliş yolu ilə əldə edilmiş qüdrət illüziyasından irəli gəldiyini bildirib.
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Hoseyn Əmir Əbdollahiyan bu gün özünün şəxsi twitter səhifəsində yazıb: Əgər hazırkı Ərriyadda cüzi bir dərk hakim olsaydı, Yəmən və Bəhreyn bataqlıqlarında batmaz və Amerika prezidenti Donald Trampın çürümüş əsasına söykənməzdilər.
Ərəbistan vəliəhdi Muhəmməd bin Salman dünən Amerikanın CBS telekanalı ilə müsahibədə öz şantajlarının davamında daim öz qonşuları ilə səmimi əlaqələrin və region problemlərinin həllinin ardınca olan İran İslam Respublikasını təhlükəli adlandırıbdır.
Muhəmməd bin Salman deyib: Əgər İran atom bombası düzəldərsə, Ərəbistan da tez bir zamanda bu işi görəcəkdir.
Kral Salmanın oğlunun İranın nüvə proqramı barədəki əsassız iddiaları elə bir halda irəli sürülübdür ki, BMT, bu təşkilatın Təhlükəsizlik Şurası və MAQATE indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu vurğulayıblar.