Qasimi: Səudiyyəlilər dünyada terrorizmə rəvac verirlər
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər Ali-Səud rejiminin XİN başısının Amerikada Brukinqz araşdırma mərkəzindəki son sözlərinə münasibət bildirərkən deyib: Səudiyyə Ərəbistanı region və dünyada terrorizm, destabillik və ifratçılığa rəvac verən ən əsas amildir.
Adil Əccübeyr cüməaxşamı Brukinqz araşdırma mərkəzində etdiyi çıxışında regionda terrorizm ilə mübarizə qütblərindən biri olan İran İslam Respublikasını terrorizmi himayədə ittiham etdi və İranın regionun böyük problemi olduğunu iddia etdi.
İİR İraq və Suriyada terrorçu qruplarla mübarizə üçün bu ölkələri rəsmi dəvəti ilə onlara hərbi məsləhətlər verir, bu isə Amerika, sionist rejim və səudiyyəlilərin heç xoşuna gəlmir.
Səudiyyə rejiminin XİN başçısı həmçinin bu ölkənin Yəmənə təcavüzünə toxunmadan Yəmən probleminin həllinin yeganə yolunun siyasi prossesdən istifadə olduğunu iddia edib.
İRİB-in verdiyi məlumata görə, İİR XİN sözçüsü Bəhram Qasimi Səudiyyə XİN başçsının Brukinqz araşdırma mərkəzindəki bəyanatının həmişəki kimi riyakar və həqiqətdən uzaq olduğunu bildirərək deyib: Bu ilk dəfə deyil ki Səudiyyə rəsmiləri, öz təhlükəsizliklərini satın aldıqları zorakı hökmranlar yurduna addım basdıqda həyasızlığı həddindən aşırırlar.
İİR XİN sözçüsü deyib: Adil Əccübeyr Yəmən böhranına siyasi həll yolundan elə bir şəraitdə dəm vurur ki, Səudiyyə Ərəbistanı 3 ildən çoxdur ki, bütün siyasi təşəbbüskarlıqları çıxılmaz vəziyyətə düçar edib və qıtlığa məruz qalmış məzlum Yəmən xalqına qarşı ancaq bomba, od və zorakılıqdan istifadə edir.
Qasimi deyib: Başıuca İran təbii sərhədlərə, uzaq keçmişə malik tarix və mədəniyyətə malikdir və şübhəsiz İranın mədəni sərhədləri onun coğrafi sərhədlərindən daha genişdir və bu zati nüfuz tarixi olaraq qalarğıdır.
İİR XİN sözçüsü İranın sülh və sakitlik, təhlükəsizliyin təsbiti, stabilliyin bərqərar olunması istiqamətində eləcə də terrorizm və ifratçılıq ilə mübarizədə ardıcıl səylərini xüsusi diqqətə çəkib.