Ruhani: Region ölkələri ilə əlaqələrin gücləndirilməsi İranın əsas prioritetini təşkil edir
İran İslam Respublikası prezidenti region ölkələri ilə siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrin genişləndirilməsinin İran hökumətinin xarici siyasətinin əsas prioritetləri sırasında durduğunu deyib.
İİR Prezident Aparatının internet portalının verdiyi məlumata görə, Həsən Ruhani bu gün Hökumət, ədliyyə və parlament başçılarının iclasının sonunda müxbirlərə deyib: İİR regionda stabillik və təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə daima qonşu ölkələrlə əməkdaşlıqların gücləndirilməsi istiqamətində hərəkət etmişdir.
Ruhani Türkiyə, Rusiya və İran başçılaırnın Suriya böhranının həlli mövzusunda gözlənilən görüşlərinə toxunaraq bu iclasın İranın region və dünya ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
İİR prezidenti deyib: Dünyada gedən prosseslər İranın stabillik, təhlükəsizlik, istehsal və birliyinə mütləq mənfi təsir buraxa bilməyəcək.
Həsən Ruhani İranda 3 əsas hakimiyyət orqanının rəhbərlərinin iclası barədə isə deyib: Bu iclasda daxili vəhdət və bütövlüyün qorunub-saxlanılmasının vacibliyi vurğulandı.
İcraedicilik, qanunvericilik və məhkəmə orqanlarının başçılaırnın görüşü bu gün səhər İran İslam Respublikası Prezident Aparatında baş tutmuşdur.