General-mayor Hatəmi: Yaxın Şərq üçün təhlükəsizlik reseptləri daxildə təyin edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i300684-general_mayor_hatəmi_yaxın_Şərq_üçün_təhlükəsizlik_reseptləri_daxildə_təyin_edilməlidir
İranın müdafiə naziri vurğulayıb: Yaxın Şərq regionundan kənar təyin edilən təhlükəsizlik reseptləri həyata keçəsi və qəbul ediləsi deyil və regionun təhlükəsizliyi üzrə hər bir resept onun özündə təyin olunmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2018 17:08 Asia/Baku
  • General-mayor Hatəmi: Yaxın Şərq üçün təhlükəsizlik reseptləri daxildə təyin edilməlidir
    General-mayor Hatəmi: Yaxın Şərq üçün təhlükəsizlik reseptləri daxildə təyin edilməlidir

İranın müdafiə naziri vurğulayıb: Yaxın Şərq regionundan kənar təyin edilən təhlükəsizlik reseptləri həyata keçəsi və qəbul ediləsi deyil və regionun təhlükəsizliyi üzrə hər bir resept onun özündə təyin olunmalıdır.

General-mayor Əmir Hatəmi bu gün Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirak etmək üçün bu şəhərə daxil olarkən regionun təhlükəsizliyi üzrə xarici reseptin faydasızlığının Suriyada müşahidə olunduğunu bildirərək, deyib: Xaricdən təyin edilən təhlükəsizlik reseptləri region orqanlarının mahiyyətini tanımamaq səbəbindən, eləcə də onların region xalqlarının maraqları ilə uyuşmamasına görə, həyata keçiləsi deyildir.

General-mayor Hatəmi əlavə edib: Regionda terrorizmlə mübarizə üçün iki koalisiya formalaşdı ki, bir koalisiya müqavimət mehvərinə aiddir. Bu koalisiya Suriyaya arxa duraraq, terrorçularla əsl mübarizəyə başladı və İŞİD terror qrupunu məğlub edə bildi.

7-ci Moskva beynəlxalq təhlükəsizlik konfransı sabah səksəndən yuxarı ölkədən olan müdafiə nazirləri, hərbi qərargah rəisləri, yüksək rütbəli hərbi komandanlar və beynəlxalq təşkilatların məsul şəxslərinin iştirakı ilə iki gün müddətinə keçiriləcək.