İran müdafiə nazirinin Netanyahuya cavabı: İranın reaksiyası peşmanedici olacaq
https://azeri.sahartv.ir/news/İran-i305206-İran_müdafiə_nazirinin_netanyahuya_cavabı_İranın_reaksiyası_peşmanedici_olacaq
İran İslam Respublikası müdafiə naziri Qüdsü işğal etmiş rejim və onun hamilərinə xəbərdarlıq edib: Təhlükəli davranış və məkrli planlardan əl çəkin. Çünki İranın cavabı qəfil və peşmanedici olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2018 16:09 Asia/Baku
  • General Əmir Hatəmi
    General Əmir Hatəmi

İran İslam Respublikası müdafiə naziri Qüdsü işğal etmiş rejim və onun hamilərinə xəbərdarlıq edib: Təhlükəli davranış və məkrli planlardan əl çəkin. Çünki İranın cavabı qəfil və peşmanedici olacaq.

General Əmir Hatəmi Netanyahunun əsassız iddiaları və təhrikedici hərəkətlərinə reaksiyada bildirib: Netanyahunun təbliğat şousu bu rejimin Fələstinin məzlum vətəndaşlarına qarşı əsaslandırılmayacaq cinayətlərini ört-basdır etmək və təxribatlar həyata keçirmək üzrə ssenarisinin davamıdır.