Anti-sionist yəhudilər birliyi: Yəhudilər İsrail rejiminin legitimliyini tanımırlar
https://azeri.sahartv.ir/news/İran-i307210-anti_sionist_yəhudilər_birliyi_yəhudilər_İsrail_rejiminin_legitimliyini_tanımırlar
Anti-sionist yəhudilrə birliyinin sözçüsü deyib: Yəhudilər İsrail rejiminin legitimliyini tanımırlar və ötən 70 ildə bu rejim tərəfindən törədilən cinayətləri qınayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2018 09:30 Asia/Baku
  • Anti-sionist yəhudilər birliyi: Yəhudilər İsrail rejiminin legitimliyini tanımırlar

Anti-sionist yəhudilrə birliyinin sözçüsü deyib: Yəhudilər İsrail rejiminin legitimliyini tanımırlar və ötən 70 ildə bu rejim tərəfindən törədilən cinayətləri qınayırlar.

İRNA-nın məlumatına görə, Anti-sionist yəhudilər birliyinin sözçüsü David Veys şənbə günü axşam Məşhəd şəhərində keçirilən "Beytülmüqəddəs; Fələstinin daimi paytaxtı" beynəlxalq seminarında sionizmin yəhudilik dini ilə təzadda olduğunu söyləyərək, əlavə edib: İrqçi və aparteid İsrail rejimi dünya üçün təhdiddir və beynəlxalq sülhü təhdid edir. 

Yəhudi ravvin David Veys həmçinin deyib: Yəhudilər dinc yolla İsrail rejiminin müstəqil bir ölkə kimi formalaşmasına qarşı mübarizə aparmalıdırlar. 

3 günlük beynəlxalq "Beytülmüqəddəs; Fələstinin daimi paytaxtı" seminarı şənbə günü Məşhəd şəhərində işə başlayıb. 

Bu seminarda 22 ölkədən gəlmiş 60 xarici qonaq iştirak edir.