May 22, 2018 21:35 Asia/Baku
  • Həzrət Məsumənin (ə) ziyarətgahında Quran-Kərimlə ünsiyyət
    Həzrət Məsumənin (ə) ziyarətgahında Quran-Kərimlə ünsiyyət

Mübarək Ramazan ayının günlərində Quran-Kərimlə ünsiyyət daha çox tövsiyə olunmuşdur. Quranın oxunması üzrə Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahında məclis keçirilməkdədir.

Bura kəramət xanımınının hərəmidir... və pak məqbərəsinin bir neçə addımlığında bir məclis bəzədilir.

Təşkilatçılardan biri deyib: 30-40 Quran xidmətçimiz vardır, sıraları düzəldir, sahmana salırlar, quran paylayırlar.

Başqa bir təşkilatçı deyib: Öncədən tənzimlənən proqrama əsasən, hər gün burada ölkənin beynəlxalq səviyyəli Quran qarilərindən beş nəfərin xidmətindəyik.

Cənab Dəbbağ görmə qabiliyyəti olmayan, Quran hafizidir. Bu mərasimdə bütün Quranın oxuyur.

"Cənab Dəbbağ! Hamısını əzbərdən oxuyursuz. Bu siz üçün stress yaratmırmı?" sualını Quran hafizi belə cavablandırıb:Bir az var. Amma Allaha təvəkkül.

Cüzlərin oxunması təfsir nüanslarının elan olunması ilə başlanır.

Tövbə haqqında bu gün-sabah demək layiqli deyil, çünki ölüm anında insanın tövbəsi həmişə qəbul olunmayacaqdır.

Bu ildə belə qərara alındı ki, bizim diqqətimizdəki mövzu məad mövzusu olsun.

İndi isə islam dünyasında Quranın cüzlərinin oxunması üçün hər bir iş qaydasındadır.

Ramazan ayında oxuduğumuz hər bir ayənin bir Quranı bitirmək qədər savabı vardır.

Buranın mənəvi aurası, sanki bizə enerji verməkdədir. Yəni sabahkı günü gözləyirik ki, günörta tez hazırlaşıb özümüzü hərəmə çatdıraq.

Məclis iştirakçısı deyib: İndi mənim üçün çox asanlaşıb,həm daha asan oxuya bilirəm, həm də çox söz öyrənirəm.

Məclis iştirakçısı deyib: Müəllimlər oxuyarkən, biz də onu zümzümə etdikdə zehnimizə daha yaxşı həkk olunur və daha asanlıqla oxuyuruq.

Bu məclis başqa bölgələr üçün örnəyə çevrilmişdir.

Hazırda müxtəlif ibadət məkanlarında, qəbiristanlıqlarda Həzrət Məsumənin (s.ə) hərəmində təşkil olunan bu möhtəşəm məclisdən örnək alaraq belə məclislər keçirilir.

Media mənsubları da Vəhy kəlamının dalğalarını bütün dünyaya çatdırmağa çalışırlar.

Nur, 3-cü kanal, əl-Kövşər televiziyaları və Maarif və Qum radioları ilə birbaşa şəkildə yayımlanır.

Saat 11 və 17:30-da Qadınlar və yeniyetmələrə məxsus cüzlərin oxunması isə bu müqəddəs məkanda keçirilən məclisin bir hissəsidir.

Bu Quran məclisinin bərəkəti ilə gündəlik 2-3 min nəfər əyani, milyonlarla insan isə televiziya vasitəsi ilə bu mənəvi süfrədən faydalanır.

 

 

Teqlər