İranlı Quran hafizi münsifləri heyrətləndirdi
Quran hafızı olan iranlı qız Zəhra Sadat Hüseyni Livanın Nəbətiyyə şəhərində keçirilən Quran müsabiqəsində münsifləri öz yüksək istedadı və hazırlığı ilə təəccübləndirib.
Əl-Kövsər telekanalının verdiyi məlumata görə, Livanın Nəbətiyyə şəhərində Quran hafizləri müsabiqəsində münsiflər Quran ayəsini eşidən kimi onun hansı surənin neçənci ayəsi olduğunu deyən, hətta Quranın hansı səhifəsinə aid olduğunu bildirən və sonra dərhal ayənin davamını oxuyan 10 yaşlı iranlı qızın hazırlığının təsiri altına düşüblər.
Zəhra Sadat Hüseyni 6 yaşında Quranı əzbərləməyə başlayıb və 8 yaşında bu işi tam bitirib.
Quran müsabiqələrində məqsəd Allahın kitabına xidmət və müsəlmanları Qurani-Kərimə üz tutmağa, onu əzbərləməyə, onun ayələrinə düşünməyə, Quranı tilavət etməyə və onun buyurduqlarını həyata keçirməyə təşviq etməkdir.