İran İraq Kürdüstanına etiraz edib
İran İslam Respublikasının Ərbildəki konsulluğu dünən İraq Kürdüstanı idarəçiliyinə, terrorçu qruplaşmaların bu ərazidən İrana daxil olmaları barədə etiraz edib.
İRNA-nın verdiyi məlumata görə, İranın Ərbildəki konsulluğu bildirib ki, konsulluq heyəti İraq Kürdüstanı xarici əlaqələr üzrə məsul şəxslərindən biri ilə görüşündə İranın etiraz notasını təqdim edərək sərhəd bölgələrində terrorçu ünsürlərin fəaliyyətləri barədə İran İslam Respublikasının etirazını bildirib.
Bu məlumata görə, görüşdə iranlı heyət İranın silahlı qüvvələrinin təhdid mərkəzi ilə mübarizədəki qanuni müdafiə hüququna təkid edib və bunu iraqlı tərəfə xatırladıb.
İraq Kürdüstanı xarici əlaqələr ofisinin məsul şəxslərindən olan Siham Mamənd də görüşdə bölgənin rəhbərliyinin iradəsinin İran İslam Respublikası ilə əlaqələrin möhkəmlənməsinə yönəlik olduğunu vurğulayaraq bildirib ki, İraq Kürdüstanı bölgəsi iki tərəf arasındakı konstruktiv əlaqələrin təsir altına düşməsinə imkan verməyəcək.
Siham Mamənd son günlər terrorçuların İraq Kürdüstanı ərazilərindən İran İslam Respublikasına daxil olmaları nəticəsində baş verən hadisələrdən narahat olduğunu bildirərək İraq Kürdüstanının öz məsləhətini heç bir qrupa xatir təhlükəyə salmayacağını bildirib.
Son günlər İraq Kürdüstanında fəaliyyət göstərən terrorçu qruplar terror aktları törətmək üçün İran ərazilərinə daxil olmağa cəhd göstəriblər amma İİR təhlükəsizlik qüvvələri tərəfindən məhv ediliblər.