İranda ötən üç ay ərzində təxminən 190 ton narkotik maddə kəşf olunub
https://azeri.sahartv.ir/news/İran-i313568-İranda_ötən_üç_ay_ərzində_təxminən_190_ton_narkotik_maddə_kəşf_olunub
İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi deyib: 20 martdan 16 iyuna qədər İranda 188 ton narkotik maddə kəşf olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2018 13:06 Asia/Baku
  • İranda ötən üç ay ərzində təxminən 190 ton narkotik maddə kəşf olunub
    İranda ötən üç ay ərzində təxminən 190 ton narkotik maddə kəşf olunub

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi deyib: 20 martdan 16 iyuna qədər İranda 188 ton narkotik maddə kəşf olunub.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi  general-leytenant Məsud Zahidian İslam Respublikası polisinin aşkarladığı maddələrin daha çox tiryək olduğunu bildirərək deyib: 2017-ci ildə İranda 2 tona yaxın narkotik maddə aşkarlanıb. 

General Zahidian əlavə edib: Daha çox narkotik maddə İranın şərq vilayətlərində aşkarlanıb. 

İran İslam Respublikası dünyada narkotik maddələri ilə mübarizənin ön cəbhəsində olaraq bu yolda üç  mindən çox şəhid və ondan daha çox yaralı vermişdir. 

BMT İranı narkotik maddələrlə mübarizədə bayraqdar adlandırıb.