İyun 20, 2018 09:52 Asia/Baku
  • Salehi: Avropanın ƏMTP barədə təklifləri kifayət etmir
    Salehi: Avropanın ƏMTP barədə təklifləri kifayət etmir

İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri Əliəkbər Salehi dünən Osloda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.

İRNA-nın verdiyi məlumata görə, Salehi bu görüşdə Amerikanın ƏMTP-yə qarşı son siyasətlərinin təxribat xarakterli olduğunu buldirərək bu ölkənin keçmişdə də oxşar hərəkətlərə əl atdığını xatırladıb və ƏMTP-nin mövcud şəraitdə saxlanılmasına tərəddüd etdiyini, Avropa Birliyi tərəfindən alınan təkliflərin İran İslam Respublikası üçün kifayət etmədiyini deyib. 

İranın Atom Enerjisi Təşkilatının sədri ƏMTP vasitəsi ilə iqtisadi, bank və investisiya sahələrindəki nəticələri gözləntilərdən çox az olduğunu bildirib və deyib: ƏMTP himayədarları o sıradan BMT və Avropa ölkələri ABŞ prezidenti Donald Trampın siyasətəri qarşısında dayanmalıdırlar. 

Bu görüşdə Qutterreş də ƏMTP-ni dəstəklədiyini birmənalı olaraq bildirərək bu beynəlxalq razılaşmada davam edən ölkələrlə onun qorunub-saxlanılması istiqamətində ikitərəfli müzakirələrə toxunub və bu razılaşmanın dünyanın stabilliyi üçün lazım olduğunu deyib. 

BMT baş katibi İranın AB-dən siyasi və iqtisadi gözləntilərini başa düşdüyünü bildirib və  ən qısa zamanda ƏMTP-də qalan ölkələrdən İranın gözləntilərinin təminində cidiyyətli olmalarını tələb edəcəyini deyib. 

Teqlər