İnqilab Rəhbəri: Bədxahlar bir daha nakam qalacaqlar
İslam İnqilabının Böyük Rəhbəri düşmənin İslam Quruluşu ilə xalq arasında ixtilaf törətmək üzrə növbəti fitnəsinə işarə edərək, deyiblər: Əgər milli qüdrət komponentləri gücləndirilərsə, düşmən qarşısında zəiflik və təslimçilik nümayiş etdirilməzsə, bədxahlar bir daha nakam qalacaq, istəklərinə çatmayacaqlar.
Həzrət Ayətullahülüzma Xamenei şənbə günü İmam Hüseyn(ə) Universitetidə keçirilən məzunların buraxılış mərasimində deyiblər: İran xalqının milli iqtidarının ən böyük səbəbi dünyanın ən qəddar və qaniçən qüdrəti yəni ABŞ-ın ötən 40 ildə İran xalqına qarşı heç bir səyi əsirgəəməsidir. Amma, bütün bu səylərə rəğmən, ABŞ heç bir qələt edə bilməyib. Bunun müqabilində İran xalqı daha artıq inkişaf edib.
Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İran İslam Respublikası quruluşunun güclənməsi və inkişaf etməsi ilə ABŞ-ın da düşmənçilikləri artıb və əlbəttə, bunun müqabilində İran xalqının ABŞ-a qarşı nifrəti də hər gün daha da artıb.
O həzrət İslam Respublikası quruluşunun xalq və onun imanı, hisləri və məhəbbətinə əsaslanan bir quruluş olmasına görə, ABŞ-ın sabiq prezidentlərinin İran İslam Respublikasına qarşı bütün səylərinin uğursuzluğa düçar olduqlarına işarə edib və deyiblər: Hazırkı iqtisadi təzyiqlərdə məqsəd xalqı yormaqdır. Amma, Allahın köməkliyi ilə biz xalq ilə bağlılığımızı hər gün daha da artıracağıq. Və düşmənləri darmadağın edən birliyimiz ilə mömin, çalışqan və işgüzar gənclərimizi daha da gücləndirəcəyik.
İnqilab Rəhbəri həqiqi qüdrətin xalqın daxilindən gələn və müstəqillik və azadlığa əsaslanan qüdrət olduğunu deyərək, əlavə ediblər: Bəzilərinin əcnəbilərə pul verərək, onlardan silah almaları və cəbbəxanalarda saxlamaları qüdrət nişanəsi deyil. Hətta, o silahlardan istifadə belə edə bilməsələr belə. Və ya dünyanın o başından gələrək, burda bir ölkədə hərbi baza vuraraq, bir sülalənin hakimiyyətini sürdürmək üçün həmin ölkə xalqının qanını içmək axmaqlıq və zillətin nişanələridir.
Həzrət Ayətullahülüzma Xamenei İran xalqının qüdrəti və gücünün bir başqa nişanəsini ABŞ tərəfindən İran İslam Respublikası quruluşuna qarşı müxtəlif regional koalisiyaların təşkil edilməsi adlandırıb və deyiblər: Əgər Amerika təklikdə öz məqsədlərinə çata bilsəydi, regionun üzüqara və irticaçı ölkələri ilə koalisiya təşkil etməzdi.
O həzrət həmçinin deyiblər: İran xalqının düşmənərin hərbi, iqtisadi, siyasi və təhlükəsizlik baxımından təcavüzə cürət edə bilməyəcəkləri bir mövqeyə yiyələnəcəyi zaman heç də uzaq deyil və gənclər o günü görəcəklər.