İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin dövləti və xalqının kədəri ilə bölüşüb
İyul 09, 2018 13:36 Asia/Baku
-
İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin dövləti və xalqının kədəri ilə bölüşüb
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi onlarla nəfərin həlak olması və yaralanması ilə nəticələnmiş Türkiyədə dəmiryolu qəzasından təəssüf ifadə edərək, bu ölkənin dövləti, xalqı və həlak olanların ailələrinin kədəri ilə bölüşüb.
Dünən axşam 362 sərnişin, qatar ilə İstanbula doğru hərəkət edirmiş ki, qatarın relsdən çıxması nəticəsində 24 nəfər ölüb, 318 nəfər də yaralanıb və onların yüz nəfərdən çoxu hələ xəstəxanalardadır.
Türkiyənin telekommunikasiya və nəqliyyat nazirliyi bildiribdir ki, hadisəyə səbəb, son günlər Türkiyənin Avropa hissəsində və İstanbuldan 135 kilometr qərbdə yerləşən Mərmərə dənizinin şimal sahilində leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.
Teqlər