Zərif: Ağ Ev terrorizmin himayədarlarına xidmət edir
-
Zərif: Ağ Ev terrorizmin himayədarlarına xidmət edir
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif 11 Sentyabr hadisəsinin ildönümü günündə ABŞ-ın dünyada terrorizmi himayə siyasətini qınayıb.
Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı öz şəxsi Tvitter hesabında paylaşdığı yazıda deyir: 11 Sentyabr hadisəsindən 17 il sonra İran İslam Respublikası bu faciəni qınayan, bu terror aktı qurbanlarının yasını tutan və Əl-Qaidə onun törəmələri olan İŞİD və Ənnüsrə Cəbhəsi kimi terror təşkilatlraına qarşı praktiki addımlar atan ilk İslam ölkəsi olaraq 11 milyard dollar cərimə edilir və vətəndaşlarına ABŞ-a giriş icazəsi verilmir. Halbuki, 11 Sentyabr hadisəsini törədən 19 terrorçudan 15-i Ərəbistan, ikisi isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı idi. Və onların bu ölkə rəsmiləri ilə əlaqələri olub, onlar tərəfindən maliyyələşdirlib və himayə olunublar.