İranın Atom Enerjisi Təşkilatının sədri ilə "Ros Atom" şirkətinin direktoru Vyanada görüşüblər
İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının sədri və Rusiyanın "Ros Atom" dövlət şirkətinin direktoru Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik iclasının kənarında Vyanada görüşüb, danışıqlar aparıblar.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Əli Əkbər Salehi "Ros Atom" şirkətinin direktoru Aleksey Likaçev ilə görüşdə İran və Rusiya arasında sivil nüvə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu deyərək, İranın Atom Enerjisi Təşkilatının elmi əməkdaşlıqları, birgə araşdırmaları və nüvə enerjisindən sivil istifadə sahələrinin genişləndirilməsi üzrə birgə əməkdaşlıqlara müsbət yanaşdığını bildirib.
Rusiyanın "Ros Atom" şirkətinin direktoru Aleksey Likaçev də bu görüşdə Moskvanın İran ilə nüvə anlaşmasını dəstəklədiyini vurğulayaraq, rəhbərlik etdiyi şirkətin İranın Atom Enerjisi Təşkilatı ilə elektrik enerjisi və şirn su istehsalı üçün orta gücə malik reaktorların quraşdırılmasında əməkdaşlığa hazır olduğunu bildirib.
Əli Əkbər Salehi və Aleksey Likaçev həmçinin, tikilməkdə olan atom elektrik stansiyalarının vəziyyətini araşdırıblar.
İranın Atom Enerjisi Təşkilatının sədri bazar günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik iclasında iştirak etmək üçün Vyanaya səfər edib.