Sen 27, 2018 10:03 Asia/Baku
  • Ruhani: İran və İtaliya əlaqələri möhkəmdir

İran İslam Respublikası prezidenti deyib: İran və İtaliya əlaqələri uzun keçmişə malik olaraq möhkəm əlaqələrdir və İran Tehran-Roma əməkdaşlıqlarının bütün sahələrdə inkişaf etməsini müsbət qarşılayır.

Həsən Ruhani dünən Nyu-Yorkda İtaliyanın baş naziri Cozpe Konte ilə görüşündə İtaliyanın Əhvazdakı terror aktı ilə əlaqədar İran dövləti və xalqınin kədərini bölüşməsinə toxunaraq deyib: Əhvazdakı terror aktında 24 günahsız insanın o sıradan 4 yaşlı bir uşağın şəhid edilməsi göstərir ki, hamı terrorizmə qarşı daha ciddi təşəbbüslər həyata keçirməlidir. 

İİR prezidenti İranın İtaliya ilə əlaqələrinin daima yaxşı olduğunu xatırladaraq deyib: Bu gün İtaliya Avropada İranın ən əsas ticarət ortağıdır və iki ölkənin iqtisadi və ticarət əlaqələrini daha da genişləndirmək mümkündür. 

Ruhani Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) və onun Amerika tərəfindən pozulması mövzusuna toxunaraq deyib: Amerikanın hərəkəti BMT-yə və ölkələrin müstəqilliyinə qarşı təhqirdir və sevindirici haldır ki, Avropa Birliyi və İtaliya ƏMTP-ni müdafiədə yaxşı mövqe sərgilədilər və əlbəttə Avropa ƏMTP-nin qorunub-saxlanılması üçün təcili və konkret təşəbbüslər həyata keçirməlidir. 

Görüşdə İtaliyanın baş naziri də Tehran-Roma arasında yaxın əlaqələrdən razı qaldığını bildirərək deyib: İran və İtaliya arasında möhkəm əlaqələr sadəcə ticarət və iqtisadi sahələrdə deyil, mədəniyyət sahəsində də iki ölkə xalqını biri birinə bağlayır. 

Cozeppe Konte deyib: İtaliyaya görə ƏMTP uzun illər müzakirə və beynəlxalq ictimaiyyətin səylərinin meyvəsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün möhkəm nailiyyətdir və qarşıda duran yeganə yol bu razılaşmanı qoruyub-saxlamaqdan ibarətdir. 

İİR prezidenti Həsən Ruhani BMT baş asambleyasının 73-cü sesiyasında iştirak etmək üçün bazar günü Nyu-Yorka daxil oldu və bu iclasın kənarında müxtəlif Avropa, Amerika və Asiya ölkələrinin rəhbərləri ilə görüşlər keçirdi. 

Teqlər