Okt 03, 2018 15:24 Asia/Baku
  • İranın XİN: Haaqa məhkəməsinin qərarı İranın haqq olduğunu göstərir
    İranın XİN: Haaqa məhkəməsinin qərarı İranın haqq olduğunu göstərir

İranın Xarici İşlər Nazirliyi Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən İranın ABŞ-a qarşı şikayəti dosiyasında müvəqqəti qərarı qəbul edilməsinə münasibət bildirib: Haaqa məhkəməsinin qərarı İranın haqlı olması və Amerikanın sanksiyalarının qeyri-qanuni və zalımcasına olmasını təsdiqləyən növbəti göstəricidir.

Haaqa məhkəməsi bu gün İranın ABŞ-a qarşı şikayətinə baxmağa səlahiyyətli olduğunu bildirərək həmçinin Vaşinqtonu yekun qərarın qəbul olunmasınadək İrana qarşı humanitar və İranın hava nəqliyyatına qarşı məhdudiyyətləri aradan qaldırmağa çağırıb. 

Amerikanın Əhatəli Müştərək Təşəbbüsdən çıxmasından və İrana qarşı nüvə sanksiyalarının bərpa olunmasından sonra İran Haaqa məhkəməsinə Amerikaya qarşı şikayət etdi. 

İRNA-nın verdiyi məlumata görə, İranın XİN bəyanatında deyilir: Beynəlxalq Haaqa məhkəməsinin İranın haqlı olduğunu bir daha təsdiqləməsindən və ABŞ dövlətinin bu hərəkətinin qeyri-qanuni olduğunu təsdiqləməsindən sonra bu gün beynəlxalq ictimaiyyətin ümumi fikri və bütün müstəqil ölkələr daha arxayınlıqla beynəlxalq razılaşmalara , beynəlxalq hüquqa hörmət etməkdəki iradəsini və dövlətlərin nüvə sazişini qoruyub saxlamaq sahəsindəki məsuliyyətinə diqqət yetirməyə daha əzmkardır. 

Bəyanatda deyilir: Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən qəbul edilmiş qərar bir daha göstərdi ki, ABŞ dövləti digər ölkələrə qarşı səhv və ifratçı siyasətləri eləcə də tamahkar niyyətləri ilə gün-gündən daha çox təklənir və bu ölkə xalqlara qarşı qeyri-qanuni və zalımcasına sanksiyalar tətbiq etməkdəki özünün səhv və xoşa gəlməz  vərdişindən əl çəkməlidir. 

İİR XİN bəyanatında həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət və müstəqil ölkələr verdiyi sözü tutmamaq, beynəlxalq öhdəliklərinə sadiq qalmamaqda uzun keçmişi olan Amerikanı özünün qeyri-qanuni cəhdlərində nakam qoymalıdırlar. 

Teqlər