Okt 11, 2018 14:05 Asia/Baku
  • İranın daxili işlər naziri Ankaraya daxil olub

İranın daxili işlər naziri Türkiyə rəsmiləri ilə göürşmək məqsədilə siyasi və hüquq-mühafizə heyəti ilə birgə bu ölkənin paytaxtı Ankaraya daxil olub.

İranın daxili işlər naziri Əbdorreza Rəhmani Fəzli siyasi və sərhəd məsələlərində ikitərəfli anlaşmaları genişləndirmək məqsədi və Türkiyənin daxili işlər nazirinin dəvəti ilə bu gün Ankaraya səfər edib.

İranın daxili işlər naziri bu birgünlük səfərdə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə görüşməlidir.

Tehran və Ankarada iki ölkənin sərhəd təhlükəsizliyi iclası qərarlarının izlənilməsi və əməkdaşlıqların artırılması yollarının araşdırılması bu səfərin digər proqramlarından elan olunubdur.

Bundan öncə 2017-ci ilin dekabrında Türkiyənin daxili işlər naziri Tehrana səfər edərək, Əbdorreza Rəhmani Fəzli ilə təhlükəsizlik məsələsi daxil olmaqla müxtəlif məsələlər barədə danışmışdı.

Sərhəd təhlükəsizliyi, narkotik maddələr qaçaqmalçılığı və insan alveri ilə mübarizə, həmçinin terrorizmlə mübarizə sahəsində həmkarlıq İranın daxili işlər nazirinin Türkiyədəki müzakirələrinin dörd əsas mehvəri təyin edilibdir.

Rəhmani Fəzli Türkiyənin daxili işlər naziri ilə görüş və müzakirərədən sonra bu gün Konya şəhərinə gedəcək və məşhur iranlı şairlərdən olan Mövlananın bu şəhərdə yerləşən məqbərəsinə baş çəkəcəkdir.

Teqlər