Okt 14, 2018 15:11 Asia/Baku
  • Ruhani: Amerika beynəlxalq öhdəlikləri pozmaqla məğlubiyyətə uğrayıbdır
    Ruhani: Amerika beynəlxalq öhdəlikləri pozmaqla məğlubiyyətə uğrayıbdır

İran İslam Respublikasının prezidenti deyib: Amerika hüquqi və siyasi, eləcə də beynəlxalq öhdəlikləri pozmaq baxımdan məğlubiyyətə uğrayıbdır.

Həsən Ruhani bu gün İran universitetlərində yeni dərs ilinin başlanması mərasimində Ağ Ev-i idarə edənlərin İran İslam Respublikasına qarşı hədəflərini açıqlayaraq, əlavə edib: Amerikalılar islami quruluşdan legitimliyi götürmək üzrə yekun hədəflə öncə psixoloji müharibə ilə başladılar və sonra İranla iqtisadi savaşa girdilər.

"İran İslam Respublikası və İran xalqı birlik sayəsində düşmənlərin bütün fitnələrindən keçib gedəcəkdir" deyən Ruhani əlavə edib: Amerikanın prezidenti Donald Tramp İrana zərbə vurmaq və İran İslam Respublikasına qarşı siyasətlərini təsdiq etdirmək üçün öz sədrliyi altında təhlükəsizlik şurasından istifadə etməyə çalışdı, amma BMT-nin Təhlükəsizlik Şurasının digər on dörd üzvünün hamısı nüvə anlaşmasına dəstək verdi.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, Amerika tarixində Ağ Ev-dəki hazırkı komandadan İran İslam Respublikası quruluşuna qarşı bundan kinli bir hökumət olmayıbdır. O, deyib: Amerika prezidenti BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının əksinə olaraq, nüvə anlaşması kimi çoxtərəfli bir beynəlxalq anlaşmadan heç bir dəlil olmadan çıxdı.

İran İslam Respublikasının prezidenti əlavə edib: Xarici siyasət baxımından mütləq İran bu macəranın qalibidir və heç kəs bu məsələdə tərəddüd etmir və hamı bilir ki, Amerika hüquqi, siyasi, eləcə də beynəlxalq öhdəlikləri pozmaq baxımdan məğlubiyyətə uğrayıbdır.

İranın universitetləri və digər ali təhsil ocaqlarında yeni dərs ilinin başlanması üzrə rəsmi mərasim İranın prezidenti Həsən Ruhani, ali təhsil və səhiyyə nazirləri, eləcə də bəzi universitet rektorları və ali təhsil üzrə müdirlərin iştirakı ilə Tehran Universitetinin Əllamə Əmini sarayında keçirilibdir.

Teqlər