Okt 16, 2018 15:32 Asia/Baku
  • İranın neft naziri: Amerika neftin qiymətini endirmək üçün sanksiyalara son qoymalıdır
    İranın neft naziri: Amerika neftin qiymətini endirmək üçün sanksiyalara son qoymalıdır

İran İslam Respublikasının neft naziri deyib: Amerika İrana qarşı sanksiyaları ləğv edərsə, neftin qiyməti düşəcək və neft bazarı hazırkı qeyri-müəyyənlikdən xilas olacaq.

İRNA-nın verdiyi məlumata görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün 4-cü neft və enerji qurultayının kənarında müxbirlərə verdiyi müsahibəsində ABŞ prezidenti Donald Trampın zorakılıqla neftin qiymətini endirə biləcəyini təsəvvür etdiyini xatırladaraq deyib: Neft bazarındakı destabillik Amerikanın hərəkətlərinin nəticəsidir. 

İranın neft naziri deyib: Heç bir ölkə əlavə neft istehsal etməyə qadir deyil və neft bazarının hazırkı şəraiti yaxşılaşa bilməz ona görə ki, bazar təqdim çatışmazlığına düçar olub. 

Namdar Zəngənə deyib: Səudiyyə Ərəbistanı da dünya bazarlarında neft təqdimindəki boşluğu doldurmaq üçün özünün neft ehtiyatlarından götürür və bunu nəvaxtadək edə biləcəyi bəlli deyil. 

Teqlər