Okt 18, 2018 11:14 Asia/Baku
  • Kəmalvəndi: İran Avropa tərəfinin nüvə anlaşmasını qorumaq üçün praktiki addımlar atmasını gözləyir
    Kəmalvəndi: İran Avropa tərəfinin nüvə anlaşmasını qorumaq üçün praktiki addımlar atmasını gözləyir

İran İslam Respublikasının Atom Enerjisi Agentliyinin sədr müavini İranın nüvə anlaşmasının mənafeyindən faydalana bilməyəcəyi təqdirdə, bəzi öhdəliklərin davam etməsini mənasız adlandırıb.

Mehr xəbər agentliyinin bildirdiyinə görə, Behruz Kəmalvəndi Tehranda Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Antiye Lindertse ilə görüşdə deyib: Zaman məhdudiyyətini və iqtisadi təzyiqların artmasını nəzərə alaraq, İran Avropanın ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ilə mübarizə aparmaq üçün təcili və praktiki addımlar atmasını gözləyir. 

Almaniya Xarici İşlər Nazirliyini rəsmisi Antiye Lindertse də bu görüşdə İranın nüvə anlaşması qarşısında öz öhdəliklərinə sadiq qalmasını yüksək qiymətləndirib və deyib: Beynəlxalq əlaqələr tarixində bu hadisənin yeni bir fenomen olmasını nəzərə alaraq, Avropa ABŞ-ın birtərəfli və sərhədlərdən kənar sanksiyaları ilə mübarizə aparmaq üçün yeni model hazırlamağa çalışır. Və tezliklə bu xüsusda aparılan araşdırmaların nəticəsi elan olunacaq. 

Lindertse İran və Avropa arasındakı əməkdaşlıqların davam etməsini yüksək qiymətləndirib və Almaniyaya döndüyü zaman İran tərəfinin mövqeyini Berlin rəsmilərinin diqqətinə çatdıracağını deyib. 

Teqlər