Ayətullah Amoli-Laricani: İran xalqı amerikalıların zorakılığına təslim olmayacaq
İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri deyib ki, İran xalqı amerikalıların zorakılığına təslim olmayacaqdır.
İranın məhkəmə hakimiyyətinin sədri ayətullah Sadiq Amoli-Laricani bu gün Tehranda keçirilən 13 aban yürüşünün iştirakçıları arasında olub. O, İran xalqının öz istiqlaliyyəti və izzətini qoruyacağını bildirərək, əlavə edib: Bu yürüşün xüsusən Amerikanın və onun amllərinin başçılığı altında olan dünya imperializminə mühüm mesajı budur ki, İranın ayıq və gözüaçıq xalqı həmişə səhnədə hazırdır.
Ayətullah Amoli-Laricani deyib: Düşmənlər İran xalqı ilə güc mövqeyindən danışmamalıdırlar, zira bu xalq ötən qırx ildə bütün təzyiq və sanksiyalar qarşısında dayanıbdır.
İranın məhkəmə hakimiyyətinin sədri ABŞ-ın və regiondakı oyuncaq rejimlərin tənəzzül etməkdə olduqlarını bildirərək, vurğulayıb: Düşmənlər özlərinin anti-İran hədəflərinin həyata keçirilməsində nakam qalacaqlar və İran xalqı daha möhkəm və daha başıuca şəkildə öz inkişaf yolunu davam etdirəcəkdir.