Noy 20, 2018 11:06 Asia/Baku
  • Zərif: Amerikanın sanksiyası İranı müzakirə masası arxasına çəkməyəcək
    Zərif: Amerikanın sanksiyası İranı müzakirə masası arxasına çəkməyəcək

İranın xarici işlər naziri deyb ki, Amerikanın sanksiyası İranı müzakirə masası arxasına çəkməyəcək, əksinə müqavimət üçün İran İslam Respublikasını gücləndirəcəkdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Londonda çıxan Qardian qəzeti ilə müsahibədə vurğulayıb ki, İran ABŞ-ın təzyiqləri qarşısında təslim olmayacaq. O, sonra deyib: İranlılar təzyiqlər qarşısında müqavimət göstərəcəklər və şübhəsiz, bu mərhələni də arxada qoyacaqdır.

Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu ölkənin sanksiyalarının humanitar malları hədəfə almamasına dair sözlərini tənqid edib: Sanksiyalar maliyyə sahəsində tətbiq edildiyi üçün qida maddələri və dərman köçürülməsini ciddi problemlərlə üzləşdiribdir.

Avropa Birliyinin SPV adlı özəl maliyyə mexanizminin yaradılması sahəsindəki yavaş prosesindən narazılıq edən İranın xarici işlər naziri əlavə edib: Avropa nüvə anlaşması qarşısında siyasi öhdəlik götürüb, amma təəssüf ki, əməl sahəsində çox yavaş hərəkət edibdir.

Zərif dünən Tehranda İngilis həmkarı Cermi Hant ilə olan görüşünə də toxunub: Hant bildirib ki, İngiltərə nüvə anlaşmasının qorunmasına inanır, amma bu istiqamətdə real addımlar müşahidə olunmalıdır.

İranın xarici işlər naziri həmçinin Yəməndəki insan böhranını kabuscasına adlandırıb və belə qeyd edib: Əgər Ərəbistanın başçılıq etdiyi səud koalisiyası imkan verərsə, Yəmən xalqı müzakirə masası arxasında oturmağa hazırdır.

 

 

Teqlər