Ali baş komandan: Düşmənlər İran xalqını hədələməyə belə cürət tapmamalıdırlar
İran İslam Respubliklası Silhalı Qüvvələrinin Ali Baş Komandanı İİR ordusu dəniz qoşunlarının komandanları ilə görüşündə deyib: Əlinizdən gələn gədər öz qabiliyyətlər və hazırlığınızı artırın ki, İran düşmənləri bu böyük xalqı təhdid etməyə belə cürət etməsinlər.
İslam inqilabının böyük rəhbəri Həzrət Ahətullahül-üzma Xamenei 28 noyabr dəniz qoşunları günü münasibəti ilə baş tutan bu görüşdə gənc, mömin və stimullu kadra arxalanmağın ölkənin bütün sahələri o sıradan da silahlı qüvvələrdə problemlərin həllinin açarı olduğunu bildirərək əlavə fəaliyyətlər və hazırlıqların artırılmasının vacibliyini vurğulayıblar.
Həzrət Ayətullahül-üzma Xamenei düşmənlər və rəqiblərin İran İslam Respublikasına qarşı geniş sıralanmalarına toxunaraq deyiblər: Bu reallıq, geriliklərin aradan qaldırılmasının vacibliyi ilə birlikdə, bütün sahələrdə o sırdan da dəniz qoşunlarında əlavə fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini göstərir.
İslam inqilabının böyük rəhbəri islam inqilabının qələbəsindən sonrakı dövrdə ordunun və xüsusiylə də dəniz qoşunlarının inkişafının böyük və heyrətamiz olduğunu bildirərək xatırladıblar: Dəniz qoşunlarının hazırkı nəsli öz qabiliyyət və yenilik qücünə dərindən inanır və Səhənd gəmisi,Fatih və Qədir sualtı gəmilərinin dəniz donanmasına əlavə edilməsi gün-gündən artan inkişaf və tərəqqini müjdələyir.
Həzrət Ayətullahül-üzma Xamenei İranın silahlı qüvvələrinin hazırlıq qabiliyyətinin artmasının, düşmənlərin qorxusuna və önləyicilik xüsusiyyətinə malik olduğunu bildirərək deyiblər: İran İslam Respublikası kimsəyə qarşı müharibə başlatmaq niyyətində deyil amma öz qabiliyyətlərini elə artırmalıdır ki, düşmən nəinki İrana hücumdan qorxsun hətta silahlı qüvvələrin meydanda təsirli fəaliyyəti , gücü və həmrəyliyinin bərəkətindən təhdid kölgəsi də İran xalqının başının üstündən silinsin.