Noy 29, 2018 15:35 Asia/Baku
  • İran tezliklə fəzaya 3 yerli peyk göndərəcək

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziirinin müavini deyib: Qarşıdan gələn aylar ərzində İran kosmosa 3 peyk göndərəcək.

General-mayor Qasım Tağızadə bu gün cümə axşamı səhər İranın cənubunda, Bəndər Abbas liman şəhərində iki yeni sualtı qayığın İran İslam Respublikası ordusu Dəniz Qoşunlarına təhvil verilməsi mərasimində deyib: Qarşıdan gələn aylar ərzində İranın Müdafiə Nazirliyinin dəstəyi ilə və  yerli mütəxəssislər tərəfindən düzəldilmiş üç peyk kosmosa göndəriləcək.

İranın müdafiə nazirinin müavini daha sonra deyib: Bu üç peyk yerin orbitində təyin olunmuş nöqtədə yerləşdikdən sonra İranın kosmik qüdrəti artmış olacaq.

General-mayor Qasım Tağızadə həmçinin deyib: İranın silahlı qüvvələri önləyici qüdrətin inkişaf etdirilməsi sahəsində yaxşı irəliləyiş əldə edib və dəqiq vurma qabiliyyətinə malik olan 2 min kilometrlik yer-yer tipli raketlər buna aydın nümunədir.

İranın Kosmonavtika Təşkilatının sədri Mürtəza Bərari də bundan öncə yerli istehsal olan "Dusti", "Pəyam" və "Nahid-1" peyklərinin Novruz bayramına kimi yerin orbitiniə göndəriləcəklərindən xəbər vermişdi.

İran hal hazırda peyk istehsal etmək texnologiyasına malik olan 9 ölkədən biridir.

Teqlər