Apr 27, 2025 11:52 Asia/Baku
  • Ənsarullah: Qəzzə əhalisinə yardım və dəstəyimiz dayanmayacaq

Məzlum Qəzzə əhalisinə yardım və dəstəyimiz heç bir şəraitdə dayanmayacaq. Bunu Yəmən Ənsarullah hərəkatının informasiya təşkilatının sədr müavini bildirib.

Bu gün səhər saatlarında IRNA informasiya agentliyinin beynəlxalq qrupunun müxbirinə müsahibə verən Nəsirəddin Amir vurğulayıb ki: Heç bir tərəf və güc Yəmən silahlı qüvvələrinin Qəzzə zolağını himayə istiqamətindəki əməliyyatını dayandıra bilməz. Amerikalılar bu məsələdə uğursuz qaldılar və bundan da çox uğursuz qalacaqlar.Amerikalılar tədricən öz məğlubiyyətlərini etiraf etməkdədirlər. Biz bu məsələni çox qabaqlar proqnoz etmişdik- deyə Nəsirəddin Amir vurğulayıb.