Dek 08, 2018 09:35 Asia/Baku
  • Zəngənə: ABŞ-ın təzyiqlərinə rəğmən OPEC-in istehsalı azaldıldı
    Zəngənə: ABŞ-ın təzyiqlərinə rəğmən OPEC-in istehsalı azaldıldı

İranın neft naziri deyib: Neft ixrac edən ölkələr təşkilatı OPEC Amerikanın təzyiqləri və bəzi pərdəarxası məsələlərə rəğmən öz istehsallarını azaltdılar.

Bijən Namdar Zəngənə dünən gecə İranın 1-ci telekanalına verdiyi açıqlamada deyib: İranın neft istehsalının səviyyəsi, quruma üzv ölkələrin neft və energetika nazirləri ilə sıx müzakirələr nəticəsində qorunub-saxlanıldı. 

İranın neft naziri deyib: OPEC-in 175-ci iclasında İranınistehsalın azaldılmasından istisna edilmək üçün OPEC üzvləri ilə 10 saat müddətində müzakirələr aparıldı.

Zəngənə deyib:Gələn aylarda OPEC-in neft istehsalının azaldılmasına dair yeni qərarı təsbit olunmalı və bəzilərinin İrana qarşı bazara əlavə neft ötürmələrinə son qoyulmalıdır. 

İranın neft naziri deyib: OPEC-in istehsal səviyyəsi tələb-təklifin balanslaşmasınadən qorunub sazlanılmalıdır. 

İranın neft naziri həmçinin Rusiyanın OPEC-dən kənar neft istehsalında təyinedici rola malik olduğunu bildirərək deyib: Rusiya OPEC iclasında təyinedici rola malik oldu və OPEC-dən kənar istehsalçıların 400 min barrel səviyyəsində istehsalı azaltmaq öhdəliyində Rusiya 230 min barrel paya malik oldu. 

İİR OPEC-in son iclasında neftin bazar qiymətinin balanslaşdırılması məqsədi ilə OPEC üzvləri və OPEC-dən kənar neft istehsalçılarının neftin istehsalını azaltmaq qərarından istisna edildi. 

OPEC üzvləri öz istehsallarını gündəlik 800 min barrel azaltmağa qərar verdilər. İran, Venesuela və Liviya bu qərardan istisna edildilər. 

Teqlər