İran-Gürcüstan əlaqələri üzrə beynəlxalq konfrans keçirilir
https://azeri.sahartv.ir/news/İran-i330761-İran_gürcüstan_əlaqələri_üzrə_beynəlxalq_konfrans_keçirilir
Dünən Gürcüstanın Bakuriani şəhərində İran-Gürcüstan siyasi, iqtisadi və mədəni əlaqələri üzrə beynəlxalq konfrans başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2018 06:28 Asia/Baku
  • İran-Gürcüstan əlaqələri üzrə beynəlxalq konfrans keçirilir
    İran-Gürcüstan əlaqələri üzrə beynəlxalq konfrans keçirilir

Dünən Gürcüstanın Bakuriani şəhərində İran-Gürcüstan siyasi, iqtisadi və mədəni əlaqələri üzrə beynəlxalq konfrans başlanıb.

İran-Gürcüstan siyasi, iqtisadi və mədəni əlaqələri üzrə beynəlxalq konfransda İran, Gürcüstan, Rusiya və Azərbaycan Respublikasından olan universitet müəllimləri və tədqiqatçılar iştirak edirlər.

Konfransın açılış mərasimində İranın Gürcüstandakı səfiri Qəvvam Şəhidi, İranın Tiflisdəki mədəniyyət attaşesi Həmid Mostəfəvi və Gürcüstanın Qafqaz beynəlxalq universitetinin rektoru iki ölkə əlaqələrinin önəmi barədə çıxış ediblər. İran universitetlərinin bir qrup müəllimi də öz məqaləsini təqdim edibdir.

Gürcüstanın Bakuriani şəhərində keçirilən 4-cü İran-Gürcüstan siyasi, iqtisadi və mədəni əlaqələri üzrə beynəlxalq konfrans İranın Tiflisdəki mədəniyyət mərkəzi və Gürcüstanın Qafqaz beynəlxalq universitetinin iştirakı və əməkdaşlığı ilə təşkil olunubdur. Bu konfrans sabah öz işini başa vuracaqdır.