Yan 14, 2019 18:05 Asia/Baku
  • İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü
    İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

İranın parlament heyəti bazar ertəsi günü Dəməşqdə Suriya prezidenti Bəşşar Əsəd ilə görüşüb.

İRİB-nin verdiyi məlumata görə, Dəməşqdə səfərdə olan İran parlamentinin heyəti Suriya prezidenti Bəşşar Əsəd ilə görüşdə ikitərəfli və beynəlxalq məsələləri müzakirə edib.

Heşmətullah Fəlahət Pişənin başçılıq etdiyi İranın parlament heyəti bu gün həmçinin Suriyanın xarici işlər naziri Vəlid Müəllim ilə də görüşüb.

Fəlahət Pişə və onu müşayət edən heyət Suriya parlamentinin sədri Həmudə Səbbağ ilə də görüşməlidir.

İranın parlament heyəti bazar günü Heşmətullah Fəlahət Pişənin sədrliyi ilə Suriyaya səfər edib.

Teqlər