İran; Dünyanın beşinci PUA qüdrəti
-
İran; Dünyanın beşinci PUA qüdrəti
İran ordusunun hava qüvvələri komandanı: İran İslam Respublikası pilotsuz uçan aparatların istehsalı üzrə dünyanın beşinci öncül ölkəsidir.
General-mayor Əziz Nəsirzadə bazar ertəsi günü İRNA-ya verdiyi müsahibədə deyib: İran İslam Respublikasının silahlı qüvvələri istifadə etdiyi pilotsuz uçan aparatları (PUA) yerli mütəxəssislərin köməyi ilə istehsal edir.
General-mayor Nəsirzadə İran İslam Respublikası silahlı qüvvələrinin bütün nailiyyətlərinin sanksiyalar dövründə əldə edildiyini deyərək, əlavə edib: Sanksiyalar İranın hava qüvvələrinə heç bir təsir göstərməyib və bu qüvvələr bu gün region və dünyanın ən güclü hava qüvvələrindəndir.
İran İslam Respublikası silahlı qüvvələri 30 yanvar 2019-cu il tarixindən müxtəlif sərgilərdə öz pilotsuz uçan aparatlarını nümayiş etdirməyə başlayıb.
Bu PUA-lara nümunə olaraq RQ-170 pilotsuz uçan aparatının oxşar nümunəsini, Mhacir, Şahid 129, Kərrar, Əbabil, Saiqə və bir sıra dirə PUA-ları misal göstərmək olar.
İran silahlı qüvvələrinin nailiyyətlərinə dair sərgi ötən cümə axşamı Tehranda start götürüb və 11 fevrala kimi davam edəcək.