Mart 08, 2019 15:11 Asia/Baku
  • Dəniz quldurlarının on bir qayığı İranın bir tankerinə hücum edib

İran ordusunun strateji dəniz qüvvələri dəniz quldurlarının on bir qayığının İranın bir tankerinə hücum etmələrindən xəbər verib.

İran ordusunun dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi bildirib: Cümə axşamı günü Ədən körfəzində yerləşən Babül-Məndəb boğazı hüdudlarında yerləşmiş dəniz quldurlarının on bir qayığının hücumuna məruz qalan bir İran tankeri İranın dəniz qüvvələrinin 60-cı eskadrasında yerləşən ticarət gəmilərinin qorunması üzrə komandosların vaxtlı hərəkətləri ilə dəniz quldurlarının əllərindən xilas edilib.

150 min tondan çox neft məmulatı daşıyan bu tanker sağ-salamat öz yoluna davam edibdir.

İran ordusunun dəniz qüvvələrinin eskadraları ötən bir neçə ildə 400-dən çox tankeri müşayiət edib və 300 dəfədən çox dəniz quldurları ilə toqquşublar və bu toqquşmalarda iranlı və qeyri-iranlı gəmiləri dəniz quldurlarının əllərindən xilas ediblər.

Bayendor esminesi, Buşehr logistik gəmisi və Lavan himayə gəmisindən ibarət olan İranın dəniz qüvvələrinin 60-cı eskadrası dənizçilik tapşırığını yerinə yetirmək üçün bu il yanvarın 23-də dənizə göndərilibdir.

Teqlər