Apr 16, 2019 21:35 Asia/Baku
  • B.Əsəd: ABŞ-ın səhvləri Yaxın Şərqdə səbatsızlıq amilidir
    B.Əsəd: ABŞ-ın səhvləri Yaxın Şərqdə səbatsızlıq amilidir

Suriya prezidenti deyib: Yaxın Şərqdə səbatsızlığın əsas amillərindən biri, Amerikanın bu region ölkələrinin daxili işlərinə qarışması və onlarda iştirakıdır.

Bəşşar Əsəd Dəməşqdə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı məsuliyyətsiz hərəkətlərini pisləyərək, vurğulayıb: Amerikanın və bəzi Qərb ölkələrinin siyasətləri İranın, Suriyanın və onların müttəfiqlərinin öz xalqlarının hüquq və maraqlarını tələb etmələrinin davam etməsindən əl çəkmələrinə bais olmayacaq.

İran İslam Respublikasının xarici işlər naziri də ABŞ-ın Suriyanın işğal olunmuş Qolan təpələri barədəki qərarını pisləyərək, deyib: Bu qərar Vaşinqtonun işğal olunmuş Qüds və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah barədəki hərəkətlərindən ayrı deyildir və bu, Amerikanın regiondakı siyasətlərinin uğursuz qalmasının nişanəsidir.

Teqlər