Google-in qeyri-peşəkar hərəkəti
Apr 20, 2019 09:33 Asia/Baku
Amerikan Google şirkəti siyasi və qeyri-peşəkar bir hərəkətdə İranın "İran-Press" beynəlxalq xəbər agentliyi, həmçinin Hispan TV və Press TV kanalları üçün öz bəzi xidmətlərini dayandırıbdır.
Google bu anti-media hərəkətində öncədən məlumat vermədən "İran-Press" beynəlxalq xəbər agentliyi, Hispan TV və Press TV-nin YouTube-dakı istifadəçi hesablarını, eləcə də gmail hesablarını bağlayıbdır.
Amerikan Google şirkəti indiyədək özünün bu qeyri-peşəkar hərəkəti barədə izahat verməyibdir.
Ekspertlər Google-in bu hərəkətini ABŞ prezidenti Donald Tramp hökumətinin informasiyanın azad şəkildə yayılmasının qarşısının alınması və media sahəsində İrana qarşı təzyiqlərin şiddətləndirilməsi üzrə siyasəti istiqamətində dəyərləndirirlər.