İrandan Ərəbistana və Bəhreynə xəbərdarlıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanı və Bəhreyn hökumətlərinin İranın neft ixracatına qarşı sanksiyalarını dəstəkləmələrini pisləyərək, onu kor-koranə şəkildə Amerika Birləşmiş Ştatlarına tabe olmağın nişanəsi və onların bu hərəkətin nəticələrini bilməmələrinin nişanəsi adlandırıb.
Seyyed Əbbas Musəvi bu gün bildirib ki, İranın dövləti və xalqı bəzi ölkələrin bu tarixi şəraitdəki düşmənçiliklərini heç vaxt unutmayacaqlar. O, vurğulayıb: İran İslam Respublikası heç bir ölkəyə icazə verməyəcək ki, neft bazarında İranın yerini tutmuş olsun və hər cür nəticənin məsuliyyətinin Amerikanın və sözügedən ölkələrin üzərinə düşdüyünü bildirir.
Səudiyyə Ərəbistanı və Bəhreyn rejimləri çərşənbə axşamı günü ABŞ prezidentinin İranın neft sanksiyası ilə bağlı istisnanın bitməsi barədəki qərarını zəruri bir addım adlandıraraq, onu alqışlayıblar.