Zəngənə İranın OPEK-dəki maraqlarının hədələnməsi barədə xəbərdarlıq edib
İranın neft naziri deyib: Tehran OPEK-ə maraqlarına görə üzvdür və əgər OPEK üzvləri İranı hədələyib, xətərə salmaq istəyərlərsə, İran da onu cavabsız qoymayacaqdır.
Bijən Zəngənə dünən gecə Tehranda OPEK-in baş katibi Muhəmməd Sanusi Barkindo ilə görüşdən sonra bu görüşün mehvəri haqda deyib: Bu görüşdə elan olundu ki, OPEK bəzi üzvlər tərəfindən birtərəfli hərəkətlərin edilməsinə görə, təhlükədədir və bu təşkilatın dağılması ehtimalı var.
Çərşənbə günü axşamçağı Tehrana daxil olan OPEK-in baş katibi cümə axşamı günü 24-cü beynəlxalq neft, qaz, neftayırma və neft-kimya sərgisində olaraq, bu beynəlxalq sərginin bəzi pavilyonlarına baş çəkibdir.
OPEK-in baş katibi İran neftinin dünya bazarından silinməsini mümkünsüz adlandırıb və deyib ki, İran İslam Respublikasına qarşı birtərəfli qərarlar kəsərsizdir.