İran Ərəbistanın xarici işlər nazirinin Ciddə iclasındakı ittihamlarına cavab verdi
https://azeri.sahartv.ir/news/İran-i341563-İran_Ərəbistanın_xarici_işlər_nazirinin_ciddə_iclasındakı_ittihamlarına_cavab_verdi
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iclasında iştirak edən İranın nümayəndə heyətinin başçısı Ərəbistan xarici işlər nazirnin İran İslam Respublikasına qarşı ittihamlarını rədd etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2019 13:08 Asia/Baku
  • İran Ərəbistanın xarici işlər nazirinin Ciddə iclasındakı ittihamlarına cavab verdi
    İran Ərəbistanın xarici işlər nazirinin Ciddə iclasındakı ittihamlarına cavab verdi

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iclasında iştirak edən İranın nümayəndə heyətinin başçısı Ərəbistan xarici işlər nazirnin İran İslam Respublikasına qarşı ittihamlarını rədd etdi.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin informasiya portalının bildirdiyinə görə, İranın Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Baş İdarəsinni müdiri və Ciddə iclasında İranın nümayəndə heyətinin sədri Rza Nəcəfi İranı digər ölkələrin daxili məsələlərinə müdaxilədə ittiham edən Ərəbistanın xarici işlər naziri İbrahim Əssafın ittihamlarına cavab olaraq dedi: İran İslam Respublikası Ərəbistanın xarici işlər naziri tərəfindən səsləndirilən ittihamları rədd edir. 

Nəcəfi həmçinin dedi: İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının qurucularından biri olaraq, Ramazan ayında Ciddə şəhərində keçiriləcək iclas İslam ümməti arasında birliyin möhkəmlənməsinə xidmət etsin və öz diqqətini İslam dünyasının əsas məsələsindən yəni Fələstin mövzusundan yayındırmasın.

Cümə axşamı İslam ƏMəkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən iclasında İran, xarici işlər nazirlərinin Fələstin xalqı ilə həmrəylik iclasının sənədlərinə qoşulduğunu elan etmək habelə, sionist rejimin rəsmən tanınması kimi yozulması mümkün olan bəndlərinə iradlarını bildirmək məqsədilə öz mövqeyini yazılı formada İƏT-in baş katibliyinə təqdim etdi.