Amerikanın iqtisadi terrorizmi İran xalqını hədəfə alıb
İran xarici işlər naziri bir twitter mesajında yazıb ki, Amerikanın iqtisadi terrorizmi İran xalqını hədəfə alıb.
Məhəmməd Cavad Zərif öz rəsmi səhifəsindəki mesajda süni ayağa ehtiyac duyan, ailəsinin isə onu təmin etmək imkanına malik olmadığı iranlı uşaq barədə bir video yerləşdirərək, yazıb: Önşərt olsa da-olmasa da müharibə və müzakirə bir-biriləri ilə yanaşı ola bilməzlər.
Belə bir halda, Zərif bazar günü "ABC News" informasiya kanalı ilə müsahibədə vurğulamışdı ki, İrana qarşı təzyiqin davam etdiyi bir şəraitdə anlaşma üçün Amerika ilə müzakirə nəticəsiz qalacaqdır.
Məhəmməd Cavad Zərif əlavə edib: Ola bilsin, bu metod digər ölkələrlə sövdələşmə üçün uzaq perspektivdə yox, qısa bir müddətdə nəticə vermiş olsun, amma İranla hətta qısa, orta və uzun müddətlərdə belə, nəticə verməyəcəkdir.