İyul 07, 2019 20:03 Asia/Baku
  • Zərif: İran Amerikanın iqtisadi terrorizmi ilə mübarizə üzrə haqqını qoruyur
    Zərif: İran Amerikanın iqtisadi terrorizmi ilə mübarizə üzrə haqqını qoruyur

İranın xarici işlər naziri deyib: Tehran Amerikanın iqtisadi terrorizmi qarşısında öz maraqlarını qorumaq məqsədilə nüvə anlaşması çərçivəsində qanuni hərəkətlərin edilməsi haqqını qoruyur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi twitter səhifəsində Tehranın nüvə anlaşması öhdəliklərinin icrası üçün avropalılara verdiyi 60 günlük möhlətin bitməsinə və İranın nüvə anlaşması öhdəliklərinin azaldılması istiqamətindəki ikinci addımının başlanmasına toxunaraq, deyib: İran İslam Respublikası nüvə anlaşmasının 36-cı paraqrafına əsasən, özünün çarəyaradan ikinci dövr addımlarını atmaqdadır.

Zərif vurğulayıb: Bütün bu addımlar yalnız üç Avropa ölkəsinin öz öhdəliklərinə sadiq qalacağı təqdirdə, geridönəsi olacaqdır.

Teqlər