Avq 11, 2019 13:46 Asia/Baku
  • Zərifi məhdudlaşdırmaq Amerika hökumətinin söz azadlığına olan inam miqdarını göstərir
    Zərifi məhdudlaşdırmaq Amerika hökumətinin söz azadlığına olan inam miqdarını göstərir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin amerikan sosial şəbəkələrdəki fəaliyyətini məhdudlaşdırmaqla Zərifin səsi beynəlxalq təşkilatlarda təsirli olacaqdır.

Seyyed Əbbas Mousəvi bu gün IRIB ilə müsahibədə İranın xarici işlər nazirinin twitter kimi sosial şəbəkələrdəki fəaliyyətinin məhdudlaşdırılmasına reaksiyada əlavə edib: Amerikanın İranın səsinin eşidilməsindən əsəbiləşib hiddətlənməsi Məhəmməd Cavad Zərifin beynəlxalq təşkilatlardakı iştirakının təsirli olmasına, həmçinin sosial şəbəkələrdə iştirakına və ABŞ hökumətinin siyasətləri ilə bağlı ziyalandırmasına görədir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın xarici işlər nazirinin sosial şəbəkələrə çıxa bilməsinin bağlnmasını Amerika hökumətinin məlumat və söz azadlıqlarına inam miqdarının nişanəsi adlandırıb və vurğulayıb ki, İran diplomatiyasının başçısı kimi Zərifin səsi mütləq, lazım olan qədər dünya xalqlarının qulağına çatacaqdır.

ABŞ dövlət departamenti Twitter, Facebook və Instaqram şirkətlərinə tapşırıbdır ki, tez bir zamanda Məhəmməd Cavad Zərifə aid olan səhifələri bağlasınlar.

Amerikanın bu addımı ABŞ xəzinədarlıq nazirliyinin  avqustun birində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin adını sanksiya edilmiş şəxslər siyahısına daxil etməsindən sonra atılıbdır.

Teqlər