İran, Türkiyə və Rusiya başçıları Suriya barədə danışacaqlar
İran, Türkiyə və Rusiya başçıları sentyabrın ortalarında Ankarada keçiriləcək iclasda Suriya hadisələrini araşdıracaqlar.
Rusiya prezidenti Vladimir Putin dünən Jukovski şəhərində öz türk həmkarı Rəcəb Tayyıp Ərdoğan ilə birgə mətbuat konfransında bildirib ki, o, Suriya böhranının həlli barədə Türkiyə və İran prezidentləri ilə danışıqlar aparmaq üçün sentyarbın ortalarında Ankaraya gedəcək.
Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bundan öncə bildirmişdi ki, Suriya böhranının bütün cəhətləri, o cümlədən insani və siyasi məsələlər, həmçinin meydan şəraiti İran, Rusiya və Türkiyə başçılarının beşinci sammitində araşdırılacaq.
Həmçinin Rusiya prezidenti Türkiyə prezidenti ilə birgə mətbuat konfransında deyib: Moskva və Ankara Suriyanın ərazi bütövlüyünün qorunmasına sədaqət barədə fikir birliyinə malikdirlər.
Vladimir Putin deyib: Ərdoğanla Suriyada terrorçuların fəaliyyət mərkəzinin məhv edilməsi üçün lazım olan tədbirlərin görülməsi vacibliyi haqda fikir birliyinə malikdir.
Rusiya prezidenti əlavə edib ki, bu görüşdə onlar Suriyadakı gərginliyin azaldılması məntəqəsinin terroçular üçün bir sığınacaq olmaması barədə razılığa gəliblər.
Putin Astana müzakirələri çərçivəsində Suriya böhranının həlli üçün iki ölkə əməkdaşlığının davam etməsindən də xəbər verib. Bildirib ki, Türkiyənin, onun cənub sərhədlərinin təhlükəsizliyinin təmini barədəki istəyinə dəstək verir.
Vladimir Putin həmçinin deyib ki, Rusiya və Türkiyə Suxoy-35 və Suxoy-57qırıcıları barədə birgə fəaliyyətlər apara billərlər.
Ərdoğan da bu görüşdə S-400 zenit raket sistemlərinin Türkiyəyə təhvil verilməsinə işarə edərək, vurğulayıb ki, Putinlə digər müdafiə həmkarlıqları barədə də danışıbdır.
Türkiyə prezidenti həmçinin deyib: Bu görüşdə Suriyanın şimalında və Fəratın şərq bölgəsində təhlükəsiz bir məntəqənin yaradılması məsələsi nəzərdən keçirilib.
Rusiya və Türkiyə prezidentləri həmçinin dünyanın ən böyük beynəlxalq aviasiya sərgilərindən olan Maks-2019-da olublar.
Ərdoğan öz rus həmkarı ilə görüş məqsədilə dünən Rusiyaya səfər etdi. Suriya məsələsi, Tükriyə hərbi qüvvələrinin Suriya ərazisinə daxil olmaları və Dəməşqin bu addımlarla bağlı kəskin tənqidləri iki tərəfin danışıqlarının əsas istiqaməti olubdur.