Qərbiabadi: İran bölgədə təhlükəsizlik və sabitlik mənşəyidir
https://azeri.sahartv.ir/news/İran-i348893-qərbiabadi_İran_bölgədə_təhlükəsizlik_və_sabitlik_mənşəyidir
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi dünən sionist rejimin və əmirliklərin MAQATE-nin ümumi konfransında İran İslam Respublikasına qarşı əsassız iddialarını pisləyib. O, deyib: İran şəffaf şəkildə göstərdi ki, bölgədə təhlükəsizlik və sabitliyin əsas mənşəyidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2019 07:47 Asia/Baku
  • Qərbiabadi: İran bölgədə təhlükəsizlik və sabitlik mənşəyidir
    Qərbiabadi: İran bölgədə təhlükəsizlik və sabitlik mənşəyidir

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi dünən sionist rejimin və əmirliklərin MAQATE-nin ümumi konfransında İran İslam Respublikasına qarşı əsassız iddialarını pisləyib. O, deyib: İran şəffaf şəkildə göstərdi ki, bölgədə təhlükəsizlik və sabitliyin əsas mənşəyidir.

Kazem Qəribabadi bu iclasda qeyd edib ki, sionist rejim Fələstin xalqına və Yaxın Şərqin digər ölkələrinin xalqlarına qarşı qeyri-insani və vəhşicəsinə rəftarlarından diqqətləri yayındırmaq üzrə siyasətlərində uzun keçmişə malik olmaqla bu regionun son tarixində böhran, səbatsızlıq, əzab və hiddətin əsas mənbələrindən biri olubdur.

Qəribabadi əlavə edib: Çox gülünc bir məsələdir ki, nüvə silahlarının yayılmaması və tərkisilah üzrə bütün müahidələrə göz yuman və bütün kütləvi qırğın silahları növünü istehsal edən bir rejim həyasızcasına, nüvə maddələri və nüvə obyektləri MAQATE-nin müqaviləsi altında olan, NPT-yə üzv bir ölkəyə moizə oxuyur.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi çıxışının digər bir hissəsində deyib: Dünya ictimaiyyətinin nüvə anlaşmasına dəstək verməsinə rəğmən, sionist rejim və onun müttəfiqləri bu nailiyyəti zəiflətmək istiqamətində geniş təxribatçılıq hərəkətləri ediblər. O, deyib: İran ümid edir ki, bu cür məyusedici səylər beynəlxalq diqqətin sionist rejimin cinayətlərindən və bu rejimin nüvə silahları proqramından yayınmasına səbəb olmayacaq.

Qəribabadi vurğulayıb: Sionist rejim öz nüvə silahlarını buraxmalı, heç bir təxir və ya önşərt olmadan nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-yə qatılmalı və özünün bütün nüvə təsisatlarını agentliyin müahidələri altında qərar verməlidir.