Müqəddəs Müdafiə Həftəsinin ilk günündə İran silahlı qüvvələrinin paradı keçirilib
Müqəddəs Müdafiə Həftəsinin ilk günündə bu gün səhər bütün ölkədə İran silahlı qüvvələrinin paradı keçirilib.
İran İslam Respublikası silahlı qüvvələrinin paradında İran İslam Respublikası Ordusunun, İslam İnqilabı Keşikçiləri Korpusunun, bəsicin, hüquq-mühafizə qüvvələrinin və müdafiə nazirliyinin nümunəvi piyada bölmələri iştirak ediblər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani İran silahlı qüvvələrinin Tehranda keçirilən parad mərasiminin əsas natiqidir. Bu mərasim İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə)-in pak hərəminin civarında keçirilir.
İran İslam Respublikası silahlı qüvvələrinin baş komandanları, digər ölkələrin İrandakı attaşeləri, həmçinin şəhidlər, müharibə əlilləri və fədakar döyüşçülərin ailələrindən bir qrupu bu mərasimdə iştirak edir.
Bu gün 22 sentyabr, İraqın bəəs rejiminin İran İslam Respublikasına qarşı icbari müharibəsinin başlanmasının ildönümü günüdür.