Dünya ictimaiyyəti sionist rejimin Suriyaya qarşı təcavüzünü dayandırsın
https://azeri.sahartv.ir/news/İran-i349277-dünya_ictimaiyyəti_sionist_rejimin_suriyaya_qarşı_təcavüzünü_dayandırsın
İranın xarici işlər naziri bütün hökumətlərin Suriyanın ərazi bütövlüyünə hörmət etmələrinə təkid edib. O, deyib: Dünya ictimaiyyəti sionist rejimi Suriyaya qarşı təcavüzü dayandırmağa məcbur etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2019 08:57 Asia/Baku
  • Dünya ictimaiyyəti sionist rejimin Suriyaya qarşı təcavüzünü dayandırsın
    Dünya ictimaiyyəti sionist rejimin Suriyaya qarşı təcavüzünü dayandırsın

İranın xarici işlər naziri bütün hökumətlərin Suriyanın ərazi bütövlüyünə hörmət etmələrinə təkid edib. O, deyib: Dünya ictimaiyyəti sionist rejimi Suriyaya qarşı təcavüzü dayandırmağa məcbur etməlidir.

Məhəmməd Cavad Zərif BMT-nin Nyu-Yorkdakı iqamətgahında keçirilən Avropa Birliyinin Suriya böhranı barədəki yüksək səviyyəli iclasında bildirib ki, sionist rejimin Suriyaya qarşı təcavüzləri bu ölkənin durumunun daha da mürəkkəbləşməsinə səbəb olacaq. O, əlavə edib: Suriya hökumətinin icazəsi olmadan bu ölkədə olan bütün xarici qüvvələr Suriyadan çıxmalıdırlar.

Zərif Amerikanın sionist rejimin Qolan təpələrini işğal etməsini rəsmən tanımasını qanunsuz və puç bir hərəkət adlandırıb.

Zərif əlavə edib: İran həmişə vurğulayıbdır ki, Suriya böhranı yalnız bu ölkənin başçılığı altında və BMT-nin köməyilə siyasi bir proseslə həllolunasıdır.

İranın xarici işlər naziri qeyd edib ki, İran növbəti Astana iclasının ev sahibi kimi Suriyada sülh və sabitliyin yaradılmasına daha artıq kömək edəcək.