Okt 14, 2019 09:13 Asia/Baku
  • Laricani: Suriya məsələsi militarizm ilə həll olmayacaq
    Laricani: Suriya məsələsi militarizm ilə həll olmayacaq

İran İslam Şurası Məclisinin sədri Əlcəzair parlamentinin sədri ilə görüşdə bildirib ki, İran İslam Respublikası Suriya və Yəməndə savaşın başlanmasından öncə siyasi dialoq təklifini verdi, amma bəzi ölkələr savaşa israr edirdilər. O, qeyd edib ki, Suriya məsələsi militarizm ilə həll olmayacaq.

Əli Laricani dünən gecə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Dünya Parlamentlərarası Birliyinin 141-ci iclası çərçivəsində Əlcəzair parlamentinin sədri Suləymən Şini və Qətər parlamentinin sədri Əhməd Ali-Mahmudla görüşərək, hərtərəfli həmkarlıqların genişləndirilməsini vurğulayıb.

İran İslam Şurası Məclisinin sədri həmçinin vurğulayıb ki, Tehran bölgə məsələlərinin həllinin əsasını hərbi yox, siyasi dialoq hesab edir. O, deyib: Hərbi rəftarlar Suriyada cavab vermədiyi kimi, digər yerlərdə də cavab verməyəcəkdir.

 

Teqlər