Noy 27, 2019 13:39 Asia/Baku
  • İran prezidenti Təbrizə daxil olub

İran İslam Respublikasının prezidenti bir neçə abadlıq, səhiyyə və müalicə layihəsini açmaq üçün Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizə daxil olub.

Zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkmək, Miyanə-Bostanabad dəmiryolunun birinci bloku, Miyanə külək elektrik stansiyası və bir neçə səhiyyə və müalicə layihəsinin açılışı, bir neçə abadlıq layihəsinin istifadəyə verilməsi və vilayətin idarə şurasında iştirak İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Şərqi Azərbaycan vilayətinə birgünlük səfərinin proqramlarından elan olunubdur.

İran prezidentini bu səfərdə nazirlər kabinetinin bir qrup üzvü müşayiət edir.

İran prezidentinin Təbrizə səfəri zamanı Şərqi Azərbaycan vilayətinin 107-dən çox abadlıq, xidmət, kənd təsərrüfatı və sənaye layihəsi istifadəyə veriləcək.

 

 

 

 

Teqlər